Yerli şirkətlərin tanıtım sərgisində iştirak edirik!

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Kapital Bank və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə 20, 21, 22 fevral 2020-ci il tarixində Bakı İdman Sarayında keçiriləcək, 150-ə yaxın şirkətin iştirak etdiyi “Partners & Business” Baku 2020 – Yerli Şirkətlərin Tanıtım Sərgisində Smart Systems Technology şirkəti də təmsil olunacaqdır.
Tarix: 20-22 fevral 2020, 10:00-18:00
Ünvan: Bakı İdman Sarayı
Qeyd: Sərgini ziyarət etmək ödənişsizdir və qeydiyyat tələb olunmur.