“Partners & Business” Baku 2019 Konfrans və Sərgisi

15 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Marsol MMM şirkətinin təşkilatçılığı ilə “Partners & Business” Baku 2019 Konfrans və Sərgisi keçiriləcəkdir.

Tədbirdə “Smart Systems Technology” MMC şirkəti də öz stendi ilə təmsil olunacaq, ən son yenilikləri, o cümlədən müxtəlif proqram təminatı məhsul və həllərini, İT xidmət çeşidlərini, kompleks həll və təklif paketlərini nümayiş etdirəcəkdir.

Yerli şirkətlərin tanıdım və təqdimatına həs olunmuş bu “Konfrans və Sərgi” Caspian Business Hotel-də baş tutacaq.

Tədbir saat 10:00-dan 17:00-a dək davam edəcək. Hər kəsi bu sərgini ziyarət etməyə və stendimizə yaxınlaşaraq təklif etsiyimiz həllərlə, məhsul və xidmətlərlə yaxından tanış olmağa dəvət edirik.