NAG Həlləri üzrə Seminar

Beynəlxalq və peşəkar şirkətlərlə əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi əhəmiyyət verən Smart Systems Technology şirkəti, Rusiya Federasiyasının qabaqcıl İKT şirkətlərindən biri olan NAG MMC şirkəti ilə yeni tərəfdaşlıq müqaviləsi imzalamış və NAG MMC şirkətinin məhsul və xidmətlərinin Azərbaycan İKT bazarında satışı və tətbiqinə başlamışdır. Bu məqsədlə, 31 yanvar 2019-cu il tarixində Hyatt Regency otelinin Baki zalında “NAG Həlləri üzrə Seminar” təbdiri keçirilmişdir. Tədbirdə NAG şirkətinin telekommunikasya, data şəbəkələr və elektron infrastruktur, bulud həllər və təhlükəsizlik, elektron və intellektual sayğac sistemləri və sair üzrə məhsul və həlləri barədə geniş təqdimat keçirilmişdir. Tədbirdə müxtəlif dövlət qurumlarının, özəl təşkilatların, o cümlədən İT şirkətlərin nümayəndələri və aparıcı mütəxəssisləri iştirak etmişlər.