Şəbəkə Provayderi

“Smart Systems Technology” MMM şirkəti korporativ şəbəkələrin qurulması ilə yanaşı, “Data transfer” və transmissiya xidmətlərinin göstərilməsi, optik kanallar və “WiFi” texnologiyaları üzərindən videomüşahidə sistemlərinin qurulması və tətbiqi, sistem inteqrasiyası, kompyuter və kommunikasiya avadanlıqlarının satılması və quraşdırılması, genişzolaqlı internet provayder xidmətlərinin göstərilməsini həyata keçirir.

Məlumatların ötürülməsi
(Data Transfer) xidmətləri
Şəbəkə xidmətləri
Fiber Optik həllər / FTTx
Birbaşa Rabitə xəttləri
İT layihələndirmə
Kompleks İT həllər

Fiber-optic kommunikasiya, informasiyanın bir nöqtədən digər bir nöqtəyə işıq pulslarının elektromaqnit dalğaları vasitəsilə ötürülməsindən ibarətdir. Bu sistem əsasən ağır təbii şəraitləri olan yerlərdə (nəm, rütubət, yüksək gərginlikli kabellərin keçdiyi ərazilər) informasiyanı 20-80 km məsafəyə yüksək sürətlə ötürmək lazım gəldikdə istifadə olunur. Bəzən CCTV, CAT5-6-7, telefon və s kimi informasiya ötürülməsi üçün nəzərdə tutulmuş kabelləri 500 m məsafədən çox və ya bu tip kabellərin ağır təbii şəraitlərdə, yüksək gərginlikli xətlərin yaxınlığından ötürmək zərurəti yaranır. Bunun üçün firber-optik şəbəkə sistemləri əvəzolunmazdır.

“Smart System technology” MMM şirkəti Sizə CCTV, İT, Telefon xətlərinin fiber-optik şəbəkə sistemi ilə qurulmasını, qurulmuş sistemin xətlərinin dəyişdirilməsini, modernizasiyasını, servisini, fiber-optik avadanlıqların satışını təklif edir.

“Smart System technology” MMM şirkəti yaşayış binalarına fiber-optik xəttlərin çəkilməsi ilə vətəndaşlara yüksək keyfiyyətli və sürətli internet və kompleks İT xidmətlər göstərilməsi layıhəsini həyata keçirir

Ölkədə internetin inkişafı ilə bağlı “Evlərə fiber optik” layihəsinə start verilib. Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihəni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir. Layihə Bakıda və regionlarda yeni fiber-optik kabellərin çəkilişini və telekommunikasiya infrastrukturunun yenilənməsini, müasir NGN texnologiyası əsasında ATS-lərin, ucqar yaşayış məntəqələrində genişzolaqlı internet şəbəkəsinin qurulmasını və əhaliyə əlverişli şərtlərlə və ən son texnologiyalar vasitəsilə genişzolaqlı xidmətlərə çıxış imkanının yaradılmasını nəzərdə tutur.