Xidmətlər

Smart Systems Technology, bank, maliyyə və digər strukturların fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş mürəkkəb proqram komplekslərinin yaradılması, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi, qurulması və məlumatların ötürülməsi (data transfer) xidmətlərinin göstərilməsi, optik kanallar və WiFi texnologiyaları üzərindən VoİP və video-müşahidə sistemlərinin qurulması və tətbiqi, sistem inteqrasiyası, kommunikasiya avadanlıqlarının satılması və quraşdırılması, genişzolaqlı internet provayder və ADSL xidmətlərinin göstərilməsi ilə məşğul olur.

 

SMART SOFT proqram təminatı
Sirkət öz proqram məhsulları olan “Smart-Bank” Avtomatlaşdırılmış Bank Sistemi və “Smart-Finance” Avtomatlaşdırılmış Maliyyə Sisteminin tətbiqi və istismarını da müvəffəqiyyətlə davam etdirir.

Smart Bank Bank Sistemi
Smart Finance Maliyyə Sistemi
Smart Credit Kredit Sistemi
Smart Insurance Sığorta Sistemi

Smart Personnel İnsan Resuirsları İdarəolunması Sistemi
Smart Tourism Turizm Informasiya Idarəetmə Sistemi
Smart Hotel Hotellərin İdarəolunması Sistemi
Smart Kitchen Restoran İdarəolunması Sistemi

Smart Salary Əmək Haqqı Sistemi
Smart Stock Anbar Sistemi
Smart Report Hesabatların Alınması Sistemi

 

SMART NET şəbəkə provayderi
“Smart Systems Technology” şirkəti korporativ şəbəkələrin qurulması ilə yanaşı, “Data transfer” və transmissiya xidmətlərinin göstərilməsi, optik kanallar və “WiFi” texnologiyaları üzərindən videomüşahidə sistemlərinin qurulması və tətbiqi, sistem inteqrasiyası, kompyuter və kommunikasiya avadanlıqlarının satılması və quraşdırılması, genişzolaqlı internet provayder xidmətlərinin göstərilməsini həyata keçirir.

Məlumatların ötürülməsi
(Data Transfer) xidmətləri
Şəbəkə xidmətləri
Fiber Optik həllər / FTTx
Birbaşa Rabitə xəttləri
İT layihələndirmə
Kompleks İT həllər

Fiber-optic kommunikasiya, informasiyanın bir nöqtədən digər bir nöqtəyə işıq pulslarının elektromaqnit dalğaları vasitəsilə ötürülməsindən ibarətdir. Bu sistem əsasən ağır təbii şəraitləri olan yerlərdə (nəm, rütubət, yüksək gərginlikli kabellərin keçdiyi ərazilər) informasiyanı 20-80 km məsafəyə yüksək sürətlə ötürmək lazım gəldikdə istifadə olunur. Bəzən CCTV, CAT5-6-7, telefon və s kimi informasiya ötürülməsi üçün nəzərdə tutulmuş kabelləri 500 m məsafədən çox və ya bu tip kabellərin ağır təbii şəraitlərdə, yüksək gərginlikli xətlərin yaxınlığından ötürmək zərurəti yaranır. Bunun üçün firber-optik şəbəkə sistemləri əvəzolunmazdır.

“Smart System technology” MMM şirkəti Sizə CCTV, İT, Telefon xətlərinin fiber-optik şəbəkə sistemi ilə qurulmasını, qurulmuş sistemin xətlərinin dəyişdirilməsini, modernizasiyasını, servisini, fiber-optik avadanlıqların satışını təklif edir.

“Smart System technology” MMM şirkəti yaşayış binalarına fiber-optik xəttlərin çəkilməsi ilə vətəndaşlara yüksək keyfiyyətli və sürətli internet və kompleks İT xidmətlər göstərilməsi layıhəsini həyata keçirir

Ölkədə internetin inkişafı ilə bağlı “Evlərə fiber optik” layihəsinə start verilib. Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihəni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir. Layihə Bakıda və regionlarda yeni fiber-optik kabellərin çəkilişini və telekommunikasiya infrastrukturunun yenilənməsini, müasir NGN texnologiyası əsasında ATS-lərin, ucqar yaşayış məntəqələrində genişzolaqlı internet şəbəkəsinin qurulmasını və əhaliyə əlverişli şərtlərlə və ən son texnologiyalar vasitəsilə genişzolaqlı xidmətlərə çıxış imkanının yaradılmasını nəzərdə tutur.

 

SMART ONLİNE internet provayder

Korporativ müştərillər üçün internet
fibet optik, birbaşa xəttlər
ADSL internet xidmətləri

Şirkət çox sayda əhalini keyfiyyətli internetlə təmin etmək məqsədilə müvafiq ADSL texnologiyalı infrastruktur qurmuş və internet satışını təşkil etmişdir.

Şirkət “Aztelekom” İB regionlarda genişzolaqlı internetə çıxış layihəsinə qoşulub. Bununla əlaqədar olaraq tərəflər arasında müqavilə imzalanıb. Birlik tərəfindən özəl provayderləri əməkdaşlığa cəlb edərək bütün kəndlərin optikləşdirilməsi layihəsini uğurla başa çatdırmaq istiqamətində şirkətlərlə qurulan əməkdaşlıq şəraitində bölgələrdə sürətli layihələr həyata keçirilir.

Şirkət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Kürdəmirin, Yevlax və Şəkinin ucqar kəndlərinə 100 km-dən artıq optik kabelin qoyuluşuna başlanmışdır. Baş direktor müavini bildirdi ki, həyata keçirilən layihə əhalinin telekommunikasiya xidmətlərindən, o cümlədən poçt, internet, rəqəmsal televiziya və sair xidmətlərlə yanaşı, eyni zamanda bank xidmətlərindən, bankomat və pos-terminallardan səmərəli istifadəsi üçün müvafiq infrastruktur yaradılmasına şərait yaradacaq.

Azərbaycan bütün kəndlərin optikləşdirilməsi işlərini həyata keçirməklə nəinki MDB-də, hətta bütün dünyada analoqu olmayan bir layihəni reallaşdırmış olacaq. Bu sahədə böyük nailiyyətin əldə olunmasında şirkət bundan sonra da öz töhfəsini verməyə hazırdır.

 

SMART VOİCE İP telefoniya
VoİP və WiFi həllər
İP telefoniya xidmətləri

Smart Systems Technology şirkəti öz SMART VOİCE xidmətləri bazasında dünyanın istənilən ölkəsi ilə telefon danışıqları xidmətini həyata keçirir.

Xidmətlərdən istifadə üçün qoşulma nömrəsi:
012 160
Texniki Xidmət Mərkəzi:
012 952

IP-telefoniya, son vaxtlar sürətlə inkişaf edən rabitə vasitəsi olmuşdur. Müasir texnologiyaların inkişafı ünsiyyət qurmaq üçün gözəl imkanlar yaratmışdır. Bu ya sabit ev aparatları, və ya mobil telefonlarıdır.

Səyahətə və ya iş ezamiyyətinə getmək qərarını aldığınızda zənglərinizi İnternet vasitəsilə həyata keçirə bilərsiniz. Dost və ya qohumlarınızın köməyindən, mehmanxananın pulsuz Wi-Fi- dan və ya internet kafenin köməyindən istifadə edə bilərsiz. Bu İP-telefoniyanın ən vacib üstünlüklərindən biridir.

İP-telefoniyada şəbəkə abunəçisinə zəng, «rouming» kimi anlayışlar yoxdur. İP-telefondan istifadə etdikdə tariflər sabitdir və hansı ölkəyə zəng elədiyinizdən asılı deyil.

İstehlakçının diqqətini cəlb edən ən birinci məsələ bir dəqiqəlik danışığın qiymətidir. İstədiyiniz vaxt Siz digər zənglər imkanları ilə müqayisədə ən aşağı qiymətlə müasir texnologiyaların üstünlüklərini əldə edərək İP-telefondan istifadə edə bilərsiniz. 1,5-2 dəfə qənaət — bu həqiqətdir. Bu xidmət bir neçə ildir açıqdır və «Smart Systems Technology» şirkətin-in abunəçiləri üçün dünyanın istənilən nöqtəsinə zəng etmək imkanını yaradır.

 

SMART TV İPTV xidmətləri
IPTV Texnologiyası (ing. Internet Protocol Television) (IPTV, IP-televiziya) — IP protokolu üzrə məlumatların ötürülməsi şəbəkələrində rəqəmli interaktiv televiziya, televiziyanın yeni nəsli.

Hər bir SMARTONLINE -in internet istifadəçisi İPTV xidməti vasitəsi ilə 118 yerli və xarici televiziya kanallarını izləyə bilər.

Xidmətdən istifadə etmək üçün siz IPTV Set-Top-Box MAG 250 avadanliği əldə etməlisiniz. IPTV Box-un satış qiyməti 70 AZN.

IPTV xdmətinə qoşulmaq üçün SMARTONLINE müştəri xidmətlərinə və dilərlərinə müraciyət edə bilərsiniz.

Əlaqə üçün : +994 12 596 38 12

 

Azərbaycanın “Smart Systems Technology” şirkəti İPTV xidmətini kommersiya məqsədilə istismara verib. Şirkətin məlumatına görə, xidmətdən istifadə üçün aylıq abunə haqqı dörd manat təşkil edir. Kanalların sayı isə 80-120 aralığında dəyişir. Xidmətdən istifadə etmək üçün, ADSL xidmətinin abunəçilərinə müvafiq avadanlıq (Set-Top-Box) təklif edilir.

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən avadanlıqlar Bakı Teleqüllə Kompleksində quraşdırılıb. Amerikanın “Harmonic” şirkətinin istehsalı olan avadanlıqlarla təchiz edilən baş stansiyada proqramların istənilən dövlət müəssisəsinə, internet provayderə və mobil operatora ötürülməsi üçün hər cür texniki imkan mövcuddur.

Baş stansiyada peykdən qəbul edilən “MPEG 2” formatlı proqramlar İPTV platformasına daxil edilir və yerli, həmçinin, əcnəbi olmaqla, 120-dən çox müxtəlif formatlı (MPEG-4 Layer II, AC-3, Dolby Digital) proqramlar lifli optik xətt vasitəsilə “Smart Systems Technology” operatorunun şəbəkəsinə, həmçinin BTRİB və “Aztelekom” İB-yə ötürülür. Telekommunikasiya sənayesində “Video on Demand (VoD)”, “TVoIP”, “Time Shifted TV”, “Network Personal Video Recorder”, “Electronic Program Guide” və s. bir çox interaktiv imkanları özündə cəmləşdirən “İnternet Protocol Television (İPTV)” xidməti yüksək səviyyədə təqdim edilir. Baza xidmətləri ilə yanaşı, İPTV “Video Telephony”, “Information Portals”, “Web”, “Games” kimi bir sıra imkanlar da yaradır.

İPTV-nin xidmətlərindən istifadə edən müştəri, video sorğusu, bir videocərgə üçün iki və daha çox səs müşayiəti kanallarının istifadə imkanı (məsələn, Azərbaycan və ingilis dillərində) eyni zamanda, onları “HD” görüntülü izləmək və s. imkanlar əldə edir.

Digər televiziya yayım vasitələrindən fərqli olaraq, İPTV-də proqram sayına məhdudiyyət yoxdur. Yəni hər bir müştəri İPTV xidmətindən istifadə etməklə aşağıdakı üstünlüklərdən yararlanmış olur:

  1. Fərdi TV paket təminatından;
  2. Birbaşa (online) rejimdə kanalın fasilə (pauza) funksiyasından;
  3. İP TV proqram tərkibinin istənilən səviyyədə mühafizəsindən;
  4. Hər bir istifadəçi üçün abunə paketinin idarə edilməsindən və s.
  5. İP TV kompleksinin arxitekturası aşağıdakıları özündə cəmləşdirir:

“İP TV Middleware” adlanan xidmət və komplekslərin idarə edilməsi;

  1. Qəbulun alt sistemi və kontentin hazırlanması;
  2. Videoserverlərin alt sistemi;
  3. Kontentin mühafizəsinin alt sistemi;
  4. Axının keyfiyyət monitorinqinin və müştəri avadanlığının alt sistemi və s.

Digər Xidmətlər

İT infrastruktura. layihələndirilməsi, reallaşdırılması və xidmətin göstərilməsi
Strukturlaşdırılmış Kabel Sistemlərinin layihələndirilməsi və montajı
Server, şəbəkə və kompüter avadanlığının satışı
ATS-in təchiz edilməsi, montajı və proqramlaşdırılması