Azərbaycanda ilk dəfə TV yayımı xidmətlərində müasir texnoloji üstünlüklər

Artıq 20 ilə yaxındır ki Azərbaycanın Proqram Təminatı və İKT bazarında uğurlu fəaliyyətini davam etdirən Smart Systems Technology şirkətinin tətbiq etdiyi ən son yeniliklərdən biri də Azərbaycanda ilk dəfə TV yayımı xidmətlərində müasir texnoloji üstünlüklərin tətbiqidir.

Şirkətin TV applikasiyası olan ODTV xidməti, mobil şəbəkə daxil olmaqla istənilən internet şəbəkəsində işləyir.

Son texnologiyalar sayəsində, televiziya proqramlarının arxivlərindən istifadə edərək, sizin üçün uyğun olan bütün vaxtlarda istədiyiniz verilişə baxa bilərsiniz.

Verilişləri HD formatda (yüksək keyfiyyətlə), dayandırmaqla, geri çəkməklə və s. üsullarla izləmək imkanı mövcuddur.

Quraşdırma işləri sadə və heç bir montaj işləri olmadan aparılır. Sadəcə WiFi şəbəkəsinə qoşulmaqla ən köhnə televizorunuz belə müasir və çox funksiyalı avadanlığa çevrilir. Əgər televizorunuz SMART TV-dirsə (SAMSUNG və ya LG), heç bir əlavə avadanlıq və ya qurğu qoşulmadan, sadəcə yeni ODTV applikasiyasını (proqram təminatını) yükləməyiniz kifayət edir.

Biz, müştərilərin mobil telefon və planşetləri barədə də unutmamışıq.

İOS və Android əməliyyat sistemli mobil telefon və planşetlərdə də ODTV applikasiyasını yükləməklə rahatlıqla xidmətdən istifadə imkanı mövcuddur.