Telekommunikasiya və TV yayımı sahəsində innovasiyaların tətbiqi üzrə ilin şirkəti

Smart Systems Technology MMM şirkəti, 2018-ci ilin yekunlarına əsasən “Telekommunikasiya və TV yayımı sahəsində innovasiyaların tətbiqi üzrə ilin şirkəti” nominasiyası üzrə “CASPIAN BUSINESS AWARD – 2018” mükafatına layiq görülmüşdür.

2018-ci il dekabrın 20-də Hyatt Regency Baku/Hyatt Hall-da Caspian Business Award 2018 beynəlxalq mükafatının təqdim etmə mərasimi təşkil olunmuşdur.

Tədbirdə çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkətlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və İT texnologiya, maliyyə-kredit sistemi, KİV və s. kimi bir çox sahələrini əhatə edir.

Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilmişdir.

Qəbulda dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların, Caspian European Club-un üzv şirkətlərinin nümayəndələri iştirak etmişdirlər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.