IP Telefoniya

Smart Systems Technology şirkəti öz Smart Voice xidmətləri bazasında dünyanın istənilən ölkəsi ilə telefon danışıqları xidmətini həyata keçirir.

Xidmətlərdən istifadə üçün qoşulma nömrəsi: (012) 952

IP-telefoniya, son vaxtlar sürətlə inkişaf edən rabitə vasitəsi olmuşdur. Müasir texnologiyaların inkişafı ünsiyyət qurmaq üçün gözəl imkanlar yaratmışdır. Bu ya sabit ev aparatları, və ya mobil telefonlarıdır.

Səyahətə və ya iş ezamiyyətinə getmək qərarını aldığınızda zənglərinizi İnternet vasitəsilə həyata keçirə bilərsiniz. Dost və ya qohumlarınızın köməyindən, mehmanxananın pulsuz Wi-Fi-dan və ya internet kafenin köməyindən istifadə edə bilərsiz. Bu IP Telefoniyanın ən vacib üstünlüklərindən biridir.

IP-telefoniyada şəbəkə abunəçisinə zəng, «roaming» kimi anlayışlar yoxdur. IP telefondan istifadə etdikdə tariflər sabitdir və hansı ölkəyə zəng elədiyinizdən asılı deyil.

İstehlakçının diqqətini cəlb edən ən birinci məsələ bir dəqiqəlik danışığın qiymətidir. İstədiyiniz vaxt Siz digər zənglər imkanları ilə müqayisədə ən aşağı qiymətlə müasir texnologiyaların üstünlüklərini əldə edərək IP telefondan istifadə edə bilərsiniz. 1,5-2 dəfə qənaət – bu həqiqətdir. Bu xidmət bir neçə ildir açıqdır və «Smart Systems Technology» şirkətinin abunəçiləri üçün dünyanın istənilən nöqtəsinə zəng etmək imkanını yaradır.