Smart Online

Korporativ müştərillər üçün internet
fibet optik, birbaşa xəttlər
ADSL internet xidmətləri

Şirkət çox sayda əhalini keyfiyyətli internetlə təmin etmək məqsədilə müvafiq ADSL texnologiyalı infrastruktur qurmuş və internet satışını təşkil etmişdir.

Şirkət “Aztelekom” İB regionlarda genişzolaqlı internetə çıxış layihəsinə qoşulub. Bununla əlaqədar olaraq tərəflər arasında müqavilə imzalanıb. Birlik tərəfindən özəl provayderləri əməkdaşlığa cəlb edərək bütün kəndlərin optikləşdirilməsi layihəsini uğurla başa çatdırmaq istiqamətində şirkətlərlə qurulan əməkdaşlıq şəraitində bölgələrdə sürətli layihələr həyata keçirilir.

Şirkət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Kürdəmirin, Yevlax və Şəkinin ucqar kəndlərinə 100 km-dən artıq optik kabelin qoyuluşuna başlanmışdır. Baş direktor müavini bildirdi ki, həyata keçirilən layihə əhalinin telekommunikasiya xidmətlərindən, o cümlədən poçt, internet, rəqəmsal televiziya və sair xidmətlərlə yanaşı, eyni zamanda bank xidmətlərindən, bankomat və pos-terminallardan səmərəli istifadəsi üçün müvafiq infrastruktur yaradılmasına şərait yaradacaq.

Azərbaycan bütün kəndlərin optikləşdirilməsi işlərini həyata keçirməklə nəinki MDB-də, hətta bütün dünyada analoqu olmayan bir layihəni reallaşdırmış olacaq. Bu sahədə böyük nailiyyətin əldə olunmasında şirkət bundan sonra da öz töhfəsini verməyə hazırdır.

Daha ətraflı məlumatı www.smartonline.az veb saytımızdan əldə edə bilərsiniz.