LAYIHƏLƏR

1399026_10201911591609731_1584269560_o

Smart Systems Texnology” şirkəti Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemini yeniləyib. Şirkət Dövlət Neft Fondunda tətbiq etdiyi əsas proqram məhsullarından biri olan “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sistemini yeniləyib.

“Smart Systems Texnology” şirkəti Azərbaycan Dövlət Neft Fondunda tətbiq edilmiş avtomatlaşdırılmış maliyyə sistemini yeniləyib. Şirkət Dövlət Neft Fondunda tətbiq etdiyi əsas proqram məhsullarından biri olan “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sistemini yeniləyib.

“SMART-FİNANCE” AMS-nin digər yerli və xarici proqram məhsullarından üstünlükləri onun Azərbaycan dilində tərtib olunması, real vaxt rejimində işləməyi, Milli Bankın təlimatlarına və həmçinin istifadəçi bank və müəssisələrin konkret tələblərinə uyğun olaraq daima təkmilləşdirilən və müasir standartlara uyğun olan çevik proqram olmasıdır.

Gələcəyin biznes sferasında daha çox tələb olunacaq iqtisadçıların informasiya və kommunikasiya texnologiyalarına, avtomatlaşdırılmış proqram məhsullarına daha yaxından bələd olmaları və hərtərəfli inkişaf etmələri məqsədilə, “Smart Systems Technology” şirkəti öz proqram məhsulları olan “SMART-BANK” Avtomatlaşdırılmış Bank Sistemi və “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sisteminin Azərbaycan Dövlət İqtisad Universitetində təmənnasız olaraq tədrisə tətbiqinə başlayıb.

“Smart Systems Technology” MMM-in proqram məhsulları “Oracle” VBİS-də yazıldığı üçün, şirkət “Oracle” şirkətinin partnyorluq şəbəkəsinə qoşulub (ORACLE PARTNER NETWORK) və şirkətin Azərbaycanda tərəfdaşıdır.

İqtisadçılar İKT-nin sirlərinə daha yaxından bələd olacaq
İqtisadçıların informasiya və kommunikasiya texnologiyalarına, avtomatlaşdırılmış proqram məhsullarına daha yaxından bələd olmaları və hərtərəfli inkişaf etmələri məqsədilə, “Smart Systems Technology” şirkəti öz proqram məhsulları olan “SMART-BANK” Avtomatlaşdırılmış Bank Sistemi və “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sistemini Azərbaycan Dövlət İqtisad Universitetində tədris üçün hədiyyə edib.

Bu barədə “İCTnews”  elektron xəbər xidmətinə şirkətin baş direktorunun 1-ci müavini – baş mühəndis cənab Firudin Əkbərov bildirib. Onun sözlərinə görə, şirkətin əsas proqram məhsulları olan “SMART-BANK” Avtomatlaşdırılmış Bank Sistemi, respublikanın irəlidə gedən 10 maliyyə strukturlarında (o cümlədən 70-dən artıq filialda), “SMART-FİNANCE” Avtomatlaşdırılmış Maliyyə Sistemi isə Dövlət Neft Fondunda tətbiq olunub.

Qeyd edək ki, şirkətin proqram məhsullarından olan “SMART-BANK” ABS-nin və “SMART-FİNANCE” AMS-nin digər yerli və xarici proqram məhsullarından üstünlüklərinin bəziləri ondan ibarətdir ki, hər iki sistem Azərbaycan dilində tərtib olunub, real vaxt rejimində işləyən, Milli Bankın təlimatlarına və həmçinin istifadəçi bank və müəssisələrin konkret tələblərinə uyğun olaraq daima təkmilləşdirilən və müasir standartlara uyğun olan çevik proqramlardır.

1451478_728560007171595_2094197979_n “Ağıllı otel”ə xoş gəlmisiniz-«SMART-HOTEL»

Azərbaycanın «Smart Systems Technology» MMM şirkəti ilk dəfə olaraq milli otel idarəçiliyi üçün «SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramını təqdim edib.

20-30 il bundan əvvəl otelə daxil olub-çıxma prosesini xatırlayırsınız? Həmin vaxt bu prosesə xeyli vaxt gedirdi – otağın seçilməsi, hazırlanması, oteli tərk edəndə isə müştərinin borcunun hesablanması, ödənməsi və s. Müştəri azı 1 saat gözləməli idi. İndi isə bu proses 5 dəqiqədən çox çəkmir. Bütün bunlar otel idarəçilik proqramı sayəsində mümkün olub. Müasir dövrdə otelləri belə proqramsız təsəvvür etmək mümkün deyil. Bir qədər əvvəl Azərbaycanın «Smart Systems Technology» MMM şirkəti ilk dəfə olaraq milli otel idarəçiliyi üçün «SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramını təqdim edib. «SMART-HOTEL» proqramı öz imkanlarına görə, xarici analoqlarını bir sıra səbəblərdən üstələyir.

Otel idarəçiliyi proqramı nəyə lazımdır?
Otel idarəçiliyi proqramının otelçilik sahəsinə gətirdiyi faydaları, eləcə də milli «SMART-HOTEL» proqramının üstünlüklərini saymaqla bitməz. Bu proqram sifarişin qeydə alınmasından tutmuş, müştərinin istəyinə uyğun otağın seçilməsi və hazırlanması, müştərinin otağa yerləşdirilməsinə qədər bütün prosesi avtomatlaşdırır, bütün sifarişləri qeydə alır, onların məbləğini hesablayır, otaqların optimal tutulmasını təmin edir və sair çoxsaylı funksiyaları yerinə yetirir.

Adətən otel idarəçiliyi proqramı server adlanan əsas kompüterdə qurulur. Digər kompüterlər də buna  daxili şəbəkə və ya internet vasitəsilə qoşula bilirlər. Ona görə də istənilən kompüterlə aparılan əməliyyatlar vahid bazada qeydə alınır və buradakı istənilən əməliyyatı görmək və izləmək mümkündür. Bu isə həm otel, həm də qonağın özü üçün rahatlıq yaradır.

Elektron sifarişlər
Belə ki, proqram müştərinin oteldə qaldığı dövrdə istifadə etdiyi bütün xidmətləri, o cümlədən restoran-barda etdiyi sifarişləri, adi məişət xidmətlərini, mini-bardan istifadəni və s.  qeydə almağa imkan verir. Bu proqram vasitəsilə müştərinin bütün bu xidmətlərə görə borcu qeydə alınıb və onun hesabına yazılır.

Məsələn, müştəri otelin restoranında yemək sifariş edir. Bu sifariş, eləcə də onun məbləği və müştərinin  hansı otaqda yaşaması restorandakı kompüterdə qeydə alınır. Kompüter həmin sistemə qoşulduğuna görə, proqram sifarişi dəqiq vaxtı ilə qeydə alır.

Yəni istənilən an sistem vasitəsilə müştərinin borcunu öyrənmək mümkündür.

Hər şey dəqiqliklə qeydə alındığına və göstərilə bildiyinə görə, hər hansı sualın ortaya çıxması, və ya mübahisənin yaranması mümkün deyil.  Bu proqram olmadıqda hər xidmətə və ya sifarişə görə, ayrıca qəbzlərin yazılması, saxlanması, hesablanması  lazım gələrdi. Burada isə hər şey qeydiyyata düşdüyünə görə, müştəriyə lazım gələrsə onun istifadə etdiyi bütün xidmətləri aid dəqiq vaxtı ilə qəbz çap olunur və müştəriyə verilir. Sonra bu pul ya müştərinin depozitindən çıxılır, ya da müştəri oteli tərk edəndə onu ödəyir.

901406_10201911590889713_432103487_oMenecmentin işi yüngülləşir
Professional otel menecerləri belə proqramı olmayan otel barədə düşünmək belə istəmirlər. «Əgər oteldə 5-6 nömrə varsa, onu proqramsız birtəhər idarə etmək olar. Amma bu böyük çətinlik bahasına və çoxsaylı işçilərin köməyi ilə mümkündür. İşçilərdən biri bütün günü çek yazmalı, digəri həmin çekləri kompüterə keçirməlidir. Otaqların sayı artıq olduqda isə bunsuz mümkün deyil, otel hökmən proqramla idarə olunmalıdır»-deyə otelçilik mütəxəssisi Tural Məmmədov proqramın üstünlüklərini açıqlayır.

Otel idarəçiliyi proqramının əsas üstünlüyü nömrələrə daimi nəzarət imkanıdır. Əvvəla bu proqramda oteldəki hər bir otağın xüsusiyyətləri qeyd olunur, məsələn, dənizə baxan otaqlar, künc otaqlar, iki otaqlı nömrələr və s. Hətta otağın daxilindəki şərait, məsələn kondisioneri və s. olması da proqramda əksini tapır. Eləcə də bu sistem otaqların vəziyyətini – onların boş olduğunu və ya tutulduğunu, təmiz olub-olmadığını dəqiq göstərir. Nəticədə otelə telefonla və ya internetlə hansısa sifariş daxil olanda otelin menecmenti onun tələblərinə cavab verən neçə otaq olduğunu, lazım olan otağın boş olub olmadığını, nə vaxt boşalacağını dərhal görür və sifarişi qəbul edirlər.

Otaqların təmizlənməsindən tutmuş müştərini ora yerləşdirilməsinə qədər bütün proses sistemdə olduğu üçün, menecment hər bir otaqda vəziyyətin necə olduğunu dəqiq bilir. Yəni bilir ki,  otaq təmizdir və ya təmizlənməlidir, müştəri bu saat otaqdadır və ya otaqda deyil və s. Yəni bu proqramın olması prosesləri sürətləndirməklə yanaşı, artıq işçi saxlamağa da ehtiyac qalmır.

Tanış müştərilər – tanış vərdişlər
Proqramın gətirdiyi digər maraqlı və mühüm üstünlük qonaq haqqında bütün məlumatların mərkəzləşdirilmiş şəkildə bazada saxlanmasıdır. Yəni otelin menecmenti istənilən vaxt qonağın otelə nə vaxt gəlməsi, burada nə qədər yaşaması, bu müddətdə ona göstərilən xidmətlər, edilən sifarişlər barədə məlumat ala bilir.

Bu vəziyyətin ən böyük üstünlüyü ondan ibarətdir ki, qonaq otelə 2-ci, 3-cü dəfə gələndə, ona aid olan bütün məlumatlar sistemdə olur. Məsələn, qonağın sevimli yeməkləri, onun vərdişləri, zövqləri və s. Otellər arasında ciddi rəqabətin olduğu müasir dövrdə bu informasiya çox qiymətlidir və qonağa daha yaxşı xidmət göstərməyə imkan verir. «Məsələn, biz əvvəlcədən bilirik ki, qonaq səhərlər, məsələn, «USA Today» qəzetini oxumağı xoşlayır. Biz bunu sistemə daxil edirik və qonaq otelə 2-ci 3-cü dəfə gələndə həmin qəzet hər gün onun otağına göndərilir. Bu isə artıq qonağın zövqünün qarşılanması və müştəri simpatiyası deməkdir»-deyə T.Məmmədov bildirir.

Borcu kim ödəyəcək?
Bu proqram ilk baxışdan əhəmiyyətsiz görünən, əslində isə mühüm məsələləri də həll etməyə imkan verir. Məsələn, adətən iri şirkətlər öz əməkdaşlarını səfərə göndərəndə onun yalnız oteldə yaşaması xərclərini ödəyirlər. Əlavə xidmət (mini bar və s. ) xərclərini isə müştəri özü ödəməlidir. Proqram olmayanda bu məsələləri ayırd eləmək, kimin hansı xidmətin pulunu ödəyəcəyini aydınlaşdırmaq bəzən çətin olur. Bu proqram isə məsələni avtomatik həll edir. Yəni borcları  ayırır və həm şirkətin, həm də müştərinin şəxsi borclarını ünvanına yönəldir.

1074493_10201911595849837_1966310997_oBundan başqa, digər proqramlardan fərqli olaraq «SMART-HOTEL» proqramı otel idarəçiliyindən başqa, otelin mühasibatlığını da əhatə edir, yəni mühasibatlığı avtomatlaşdırılır. Nəticədə burada aparılan istənilən əməliyyat birbaşa mühasibatlıqda əksini tapır. Başqa sözlə, belə proqramın olması otelin şəffaf işləməyinin də göstəricisidir. Digər tərəfdən, tələbat olarsa, avtomatlaşdırılmış kompleks proqramın digər modullarını işə salmaqla otelin bütün kompleksini, anbarının, avtomobil parkının, otelin təsərrüfatına aid olan digər məsələlərin idarə olunmasını da əhatə edə bilər.

Otel idarəçiliyi proqramı müştərilərin yerləşdirilməsi ilə yanaşı, otelin ümumi təsərrüfatının aparılması, onun gəlir və xərclərinin izlənməsi və idarə olunmasına, ən əsası sonrakı dövr üçün proqnoz qurmağa imkan verir. Məsələn, proqramın köməyi ilə otelin konkret hansı gün və ya müddət ərzində nə qədər gəlir əldə etdiyini, hətta ayrıca olaraq mini barlardan, camaşırxanadan və s. xidmətlərdən nə qədər qazandığını görmək mümkündür. Otel rəhbərliyi bunun vasitəsilə xidmətlərin hansının zərərlə, hansının zərərsiz işlədiyini bilib tədbir görmək imkanı qazanır. Eləcə də proqramın köməyi ilə qarşıdakı 2-3 ay və daha uzun müddət ərzində oteldəki müştərilərin sayını proqnozlaşdırmaq və sifarişləri buna uyğunlaşdırmaq və otelin səmərəsini artırmaq mümkündür.

İnternetdən idarə olunan otellər
«SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramı veb interfeysdə qurulub. Bu o deməkdir ki, proqrama qoşulma ixtiyarı olduqda internet vasitəsilə, yəni kənardan da qoşulmaq, onu idarə etmək və otelin işini izləmək mümkündür.

Məsafədən proqrama qoşulmaq nəyə lazımdır? Bunun vasitəsilə otelin baş meneceri və ya sahibi istənilən yerdə, hətta xarici ölkədən istənilən anda öz serverinə qoşularaq otelindəki vəziyyəti, otaqların nə qədər tutulduğunu, sifarişləri, onların məbləğini, əməliyyatları görüb izləyə, lazım olsa özü hər hansı əməliyyat apara bilir. Belə proqramın olması şərikli sahibləri olan otellər üçün xüsusilə əlverişlidir. Bütün şəriklər istənilən vaxt kənardan baxıb otelin vəziyyətini və gəlirlərini izləyə bilərlər.

1399597_10201911591449727_1417122032_oXarici proqramlardan üstünlüyü
Ümumiyyətlə «SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramı bir sıra cəhətləri ilə xarici analoqlarını üstələyir. Əsas üstünlük təbii ki, onun Azərbaycan dilini dəstəkləməsidir. Kompleksin layihə rəhbəri Firudin Əkbərov bildirir ki,  kompleks obyektdə qurulandan sonra «Smart Systems Technology» şirkəti müəyyən müddət onun işinə özü nəzarət edir. «Kompleks»  işə  salınandan sonra bir müddət bizim nəzarətimiz altında fəaliyyət göstərir. Yəni istənilən vaxt otelin sistemindəki yaranan problemlərini həll etməyə hazırıq». Digər çox mühüm məsələ bu proqramın təkmilləşməsi imkanlarıdır. Ümumiyyətlə təcrübə göstərir ki, otel idarəçiliyi proqramları hər il təkmilləşməlidir – turizm dinamik sahədir və hər il yeni tələbatlar, müştərinin ehtiyaclarını bilib qarşılamaq üçün yeni üsullar yaranır və onları daima bu proqrama əlavə etmək lazımdır. Xarici proqramlarda bunu etmək çətindir. Əvvəla, hazırda Azərbaycan otellərində istifadə olunan xarici otel idarəçilik proqramlarının əksəriyyəti lisenziyasız proqram olduğuna görə, onları təkmilləşdirmək mümkün deyil, yenisi alınmalıdır. Lisenziyalı proqramların təkmilləşməsi isə böyük vəsait tələb edir. «SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramının istehsalçısı yerli şirkət olduğuna görə, bu iş daha asan, daha tez  və nisbətən ucuz başa gəlir: «Biz daima istifadəçinin yanındayıq və istifadəçi nə yenilik istəsə bunu qısa müddətdə, az vəsaitlə edə bilirik. İstənilən halda bu proqramla təkmilləşmə aparmaq və ona qulluq xarici proqramlardan tez və qat-qat ucuz başa gəlir.

Proqramın qurulduğu otelin əməkdaşlarına bu sistemlə işləmək və davranış qaydaları da öyrədilir. Ümumiyyətlə oteldə işləmək planı olan istənilən şəxs, məsələn tələbələr bu avtomatlaşdırılmış kompleks proqramın işinin öyrənilməsi üçün kurslarda iştirak edə bilər.

«SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramının qiyməti xarici analoqlarından qat-qat aşağıdır. Belə ki, Otellərə Xarici proqramlar (mühasibatlığı variantı)  45-55 min avroya, onun lisenziyasız analoqları isə 7-10 min avroya satıldığı halda, yerli «SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramı eyni imkanlara malik olan xarici lisenziyalı analoqlarına nisbətdə xeyli ucuz tətbiq oluna bilir.

Dünyaya çıxış
İnternet üzərindən işləməsi nəticəsində «SMART-HOTEL» avtomatlaşdırılmış kompleks proqramının digər mühüm üstünlüyü də var. Belə ki, avtonom rejimdə işləyən xarici proqramlardan fərqli olaraq «SMART-HOTEL»  proqramı otelin internet vasitəsilə beynəlxalq bronlaşdırma sistemlərinə qoşulmasına da imkan verir. Nəticədə bu proqram vasitəsilə dünyanın istənilən nöqtəsindən bu oteldə nömrə bronlamaq mümkündür.