Haqqımızda

1999-cu ildən etibarən fəaliyyət göstərən Smart Systems Technology şirkəti, dövlət strukturları, bank və sığorta təşkilatları, bank olmayan kredit təşkilatları, hotel və turizm müəssisələri, tibb müəssisələri sair qurumlar üçün tam yerli avtomatlaşdırılmış proqram təminatı sistemlərinin işlənib hazırlanması, internet, TV və Telefoniya xidmətlərinin göstərilməsi, fiber-optik infrastrukturun yaradılması, G-PON layihələrin tətbiqi, zəif-axım kabelləşdirilmə işlərinin görülməsi, data-transfer şəbəkələrinin qurulması üzrə ixtisaslaşmışdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin strateji hədəflərindən biri də sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması, yerli infrastrukturun inkişafının dəstəklənməsidir. Bu növ dəstək mexanizmlərinə özəl sektora infrastruktur və proqram təminatının hazırlanması üçün müəyyən stimulların verilməsi, əsas proqram təminatı resurslarının yerli məhsullar hesabına təmin edilməsi, yerli proqram təminatlarından istifadənin təşviq olunması daxildir. Bu baxımdan, yerli proqram təminatı istehsalı üzrə 20 ilə yaxın təcrübəsi olan Smart Systems Technology MMM şirkəti, həm öz istehsalı olan proqram təminatı məhsulları üzrə, həmçinin digər İT həllər üzrə faydalı əməkdaşlıq təklif etməkdədir.
Smart Systems Technology MMM şirkəti, dövlət strukturları, o cümlədən Nazirlik və dövlət qurumları, maliyyə təşkilatları, banklar, müəssisələr, aqrar təşkilatlar, bank olmayan kredit təşkilatları sair qurumlar üçün tam yerli avtomatlaşdırılmış proqram təminatı sistemlərinin işlənib hazırlanması, kompleks avtomatlaşdırılması üzrə peşəkar təcrübəyə malikdir.
Smart Systems Technology MMM şirkətinin müəllifi olduğu proqram təminatı məhsulları, müasir tələblərə cavab verən, Azərbaycan və ingilis dillərində seçim edilə bilən, digər vacib modularla, o cümlədən maliyyə, mühasibatlıq, insan resursları, kreditlərşmə prosesinin avtomatlaşdırılması, anbar, təchizat, elektron sənəd dövriyyəsi və digər proseslərlə birbaşa inteqrasiya edilmiş, son istifadəçi üçün rahat və çevik xüsusiyyətlərə malik, Sifarişçi təşkilatın tələblərinə uyğun olaraq asan modifikasiya edilə bilən kompleks sistemlərdir.
Smart Systems Technology MMM şirkətinin İKT üzrə həyata keçirdiyi xidmətlər qrupuna, müəssəsi və təşkilatların filail və məntəqələri arasında məlumatların online ötürülməsi üçün korporativ şəbəkələrin qurulması və xidmət in təşkili daxildir. Şirkətimiz bu istiqamətdə bir sıra mühüm layihələri uğurla həyata keçirmişdir. Belə layihələrin bir çoxu dövlət və qeyri-dövlət strukturlarının, o cümlədən bank və qeyri-bank təşkilatlarının mərkəzi ofisləri ilə filialları (şöbələri) arasında fiber-optik xətlər vasitəsilə məlumatların ötürülməsi korporativ şəbəkələrinin yaradılmasıdır.
Smart Systems Technology şirkəti respublikanın istənilən yerində tələb olunan məntəqələr, o cümlədən EATS-lər ilə struktur bölmələr arasında yüksək keyfiyyətli FİBER-OPTİK kabellərin çəkilməsi və onların texniki xidmətini həyata keçirir.

Şirkət, yaşayış binalarının kompleks kabelləşdirilməsi xidmətini həyata keçirərək, sakinlərə yüksək standartlara cavab verən İT xidmətlərin göstərilməsini təmin edir.

Müasir kommunikasiya avadanlıqlarının tətbiqi ilə məlumatların ötürülməsi korporativ şəbəkələrinin yaradılması məqsədilə Respublikanın rayonlarında və həmçinin Bakı şəhəri ərazisində yerləşən ATS-lərdə kommunikasiya avadanlıqları yerləşdirilərək güclü infrastruktur yaradılmışdır. Bu da, informasiya və kommunikasiya texnologiyaları sahəsində şirkətin müştərilərinin günü gündən artmasına şərait yaradır.

PROQRAM TƏMİNATI
– Bank, Maliyyə, Sığorta və Mühasibatlıq Sistemləri
– ERP, HR, Əmək Haqqı, Anbar İdarəetmə sistemləri
– Hotel İdarəetmə Sistemi
– Təhsilin Elektron İdarəolunması Sistemi
– Kommunal İdarəetmə Sistemi və sair məhsullar

ŞƏBƏKƏ PROVAYDERİ XİDMƏTLƏRİ
– Məlumatların ötürülməsi xidmətinin təşkili
– Şəbəkə həlləri
– Fiber-optik infrastrukturun qurulması
– Kompleks kabelləşdirmə xidmətləri
– Kompleks İT həllər

İNTERNET PROVAYDER XİDMƏTLƏRİ
– Fiber Optik internet xidmətləri
– ADSL internet xidmətləri
– Wi-Fi şəbəkələrin qurulması
– Regionlarda internet xidmətləri
– Korporativ xidmətlər

TV, Telefoniya və CCTV xidmətləri
– TV xidmətləri (multicast və unicast)
– Telefoniya xidmətləri
– Kamera müşahidə sistemlərinin qurulması
– Təhlükəsizlik Sistemlərinin qurulması
– Access Control Sistemlərinin qurulması