ŞİRKƏT HAQQINDA

“Smart Systems Technology” MMM bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, müasir informasiya və bank texnologiyalarının tədrisi, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və qurulması, mürəkkəb informasiya sistemlərinin işlənib hazırlanması, bank və maliyyə sahəsində konsaltinq və informasiya xidmətləri, internet provayder xidmətlərinin göstərilməsi, müasir kommunikasiya avadanlıqlarının satışı və s. ilə məşğul olur.

Şirkət 19 noyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmişdir.

Şirkətin fəaliyyətinin əsas məqsədlərindən biri, bütün fəaliyyət sahəsində keyfiyyət amilinin ön planda tutulması, müştəri məmnuniyyətinin prioritet vəzifə qəbul edilməsidir. Bunun üçün Şirkətin qəbul etdiyi Keyfiyyət Siyasətinin və Keyfiyyət üzrə Beynəlxalq Standartın tələbləri tam və dəqiq yerinə yetirməkdədir.

Şirkətin fəaliyyət sahəsinə uyğun olaraq daima inkişaf etmək, xidmət sahəsini genişləndirmək, əməkdaşlarımızın peşəkarlığını təmin etmək, müştərilərin və tərəfdaşların sayını hər il ötən ilə nisbətən daha da artırmaq, PROQRAM TƏMİNATI və İKT sahəsində sağlam rəqabət mühitinin yaranmasında aktiv iştirak edərək “liderlik” imicini qazanmaq əsas məqsədlərimizdəndir.

ugur“CONSULTING & BUSİNESS” jurnalının İqtisadiyyat və biznes sahəsində keçirdiyi müsabiqənin nəticələrinə əsasən, “Smart Systems Technology” şirkəti 2004-cü ilin yekunlarına görə “PROQRAM TƏMİNATI” nominasiyası üzrə, 2005-ci ilin yekunlarına görə “İT-İNFRASTRUKTUR” nominasiyaları üzrə “UĞUR” Milli Mükafatına layiq görülmüşdür.

2006-cı ilin yekunlarına görə isə Caspian İntegration Business Club tərəfindən keçirilən müsabiqənin nəticələrinə əsasən şirkətimiz “PROQRAM TƏMİNATI VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI” nominasiyası üzrə qalib elan edilmişdir.

01“SMART Systems Technology” – “İnternet və İKT-nin regional inkişafındakı xidmətlərinə görə” Day.Az Media Şirkətinin “Xalq seçimi №1” mükafatı

Biznesdə əldə etdiyi uğurlarla bərabər, şirkət həmçinin idarəetmə sistemini və fəaliyyətini tam olaraq beynəlxalq standartlara cavab verən səviyyəyə çatdırmaq məqsədilə Keyfiyyət İdarəetmə Sistemi İSO 9001:2000 sertifikatı almışdır.

_______________________________________________________________

Şirkətin Strukturu

struktura